Baləkəndə piyadanı maşın vurub öldürüb

10:28 23.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baləkəndə piyadanın ölümü ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

Hadisə Talalar kəndi ərazisində rayonun Qabaqçöl qəsəbəsi istiqamətində qeydə alınıb.

Yolu keçmək istəyən rayon sakini Murtuzəliyeva Sürəyya Cumalı qızını "KIA Carens" markalı avtomobil vurub.

Piyada xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.