Balıq ovlayan 10 nəfər saxlanılıb

16:24 15.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şabranda su anbarında qanunsuz balıq ovlayan 10 nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Taxtakörpü su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan 10 nəfər şəxs müəyyən olunub.

Həmin şəxslərdən qanunsuz ovladıqları balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.