Banklar bugünkü valyuta hərracında 62,4 mln. dollar cəlb edib

13:14 03.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hafta.az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 62,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (29 oktyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 0,8% və ya 0,5 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.