Azərbaycanda ABŞ dolları, avro məzənnələrin dəyişəcəyi təşvişi ilə banklara üz tutanların sayı artıb. Belə ki, ölkə banklarına müraciət edən vətəndaşları düşündürən dollar və avro ehtiyyatının tükənəcəyi məsələsidir.
Banklar önündə artıq növbələr yaranıb. Manat dollara dəyişdirilir. Neftin qiymətinin 30 faiz aşağı düşməsi ilə əlaqədar olaraq ötən axşamdan başlayaraq banklar qarşısında uzun növbələr yaranıb.
Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, insanlar manatın dollar qarşısında dəyər itirməsindən ehtiyat edirlər. Sadə vətəndaşlar neftin qiymətlərinin enməsi ilə "üçüncü şok"u yaşamaq istəmədiklərini bildirirlər. Banklar isə vətəndaşların tələblərini qarşılamağa çalışır.
Səhər saatlarında “Ziraat bank”, “Azərbaycan Beynəlxaq Bankı”, “Uni Bank”da dollar və avro satışı əvvəlki qayda və Mərkəzi Bank tərəfindən müəyyənləşdirilmiş ilə məzənnə davam edib.
Heç bir artım baş verməyib. Xəzinadarlar bildirdilər ki, hələ ki, heç bir problem yoxdur, müştərilərin razılığı təmin olunur.
Lakin saat 12.00-dan etibarən artıq xarici valyuta satışında limit tətbiq edilməyə başlayıb.
Müşahidələrimiz əsasında deyə bilərik ki "Bank VTB"də bir adama maksimum 400, "Əmrahbank"da 300, "Unibank"da isə 1000 ABŞ dolları satılır. Vəziyyətin axşama doğru necə dəyişəcəyi ilə bağlı qeyri-müəyyənlik hökm sürür.
"Azərbaycandakı banklar adi gücləndirilmiş iş rejimində işləyirlər. Müştərilərdən gələn bütün tələbləri qarşılamağa çalışırlar və qarşılayırlar. Hər hansı məhdudiyyət yoxdur və olmayacaq".
Bunu apa-ya Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.
"Qeyri-standart nə isə baş verməyəcək. Standart komplayans (uyğunluq) qaydaları çərçivəsində adi rejimdə müştərilərin bütün tələbləri qarşılanacaq", - deyə Z. Nuriyev bildirib.
Qeyd edək ki, hazırda vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə bank filiallarına yaxınlaşaraq 500 ABŞ dollarınadək vəsait ala bilər. Xarici valyuta satışı 500 dollardan çox və 20 min manat ekvivalentinədək olduqda şəxsiyyət vəsiqəsi və əlavə olunmuş blank müştəri tərəfindən doldurulmalı və kassaya təqdim edilməlidir. Bu blank kassada müştəriyə təqdim olunur. Yəni xarici valyuta bir gün ərzində bankda bir nəfərə yuxarıdakı qaydada maksimum 20 min manat ekvivalentində satıla bilər. Bu qayda həm kassada nağd, həm də hesabdan hesaba köçürmə ilə olan konvertasiya əməliyyatlarına aiddir.
"Lakin bizim xahişimiz odur ki, artıq təşviş yaradılmasın. İnsanlar zərurət olmadığı halda əlavə valyuta alışına getməsinlər. Banklar sakit bir formada istənilən həcmdə valyutanı satırlar və satacaqlar. Banklar kifayət qədər nağd və qeyri-nağd valyuta ilə təchiz ediliblər ki, müştərilərdən gələn tələbləri qarşılaya bilsinlər", - deyə Z. Nuriyev əlavə edib.

Hazırda banklarda dolların alışı-satışı:
|
Banklar |
USD |
||
|
Alış |
Satış |
Alış |
Satış |
|
1 |
Access Bank |
1,699 |
1,703 |
|
2 |
AFB Bank |
1,700 |
1,703 |
|
3 |
AGBank |
1,695 |
1,703 |
|
4 |
Amrahbank |
1,702 |
1,703 |
|
5 |
Azərpoçt |
1,700 |
1,703 |
|
6 |
Azər Türk Bank |
1,700 |
1,702 |
|
7 |
Azərbaycan Sənaye Bankı |
1,700 |
1,703 |
|
8 |
Bank of Baku |
1,701 |
1,703 |
|
9 |
Bank Respublika |
1,695 |
1,703 |
|
10 |
Premium Bank |
1,700 |
1,703 |
|
11 |
Bank VTB (Azərbaycan) |
1,700 |
1,703 |
|
12 |
Kapital Bank |
1,697 |
1,702 |
|
13 |
Muğanbank |
1,699 |
1,703 |
|
14 |
NBCBank |
1,699 |
1,703 |
|
15 |
Paşa Bank |
1,697 |
1,702 |
|
16 |
TuranBank |
1,700 |
1,703 |
|
17 |
Unibank |
1,699 |
1,703 |
|
18 |
Xalq Bank |
1,699 |
1,703 |
|
19 |
Yapı Kredi Bank Azərbaycan |
1,700 |
1,703 |
|
20 |
Ziraat Bank Azərbaycan |
1,698 |
1,703 |