Baş nazir istefa verdi

11:41 17.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Monqolustanın baş naziri Qombjavyn Zandanşatar istefa verib.

Hafta.az xəbər verir ki,bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Zandanşatar iyunda baş nazir olmuşdu. Onun namizədliyini 2024-cü il seçkilərində Xuralda (parlamentdə) yerlərin əksəriyyətini qazanan Monqolustan Xalq Partiyası irəli sürmüşdü.

Qombojavın Zandanşatar 1987-1992-ci illərdə Rusiyadakı İrkutsk Xalq Təsərrüfatı İnstitutunda (indiki Baykal Dövlət Universiteti) maliyyə və iqtisadiyyat üzrə təhsil alıb. 2019-2024-cü illərdə parlamentin sədri, 2024-cü ildən isə Monqolustan Prezidenti Aparatının rəhbəri vəzifələrində çalışıb.