Baş prokuror Kəlbəcər və Qubadlıya hərbi prokurorlar təyin etdi

11:02 21.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Mahir Bayramov Kəlbəcər hərbi prokuroru, Elşən Mürsəlov isə Qubadlı hərbi prokuroru təyin edilib.

Hafta.az-ın əldə etdiyi məlumat Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli sərəncamına əsasən, Qubadlı və Kəlbəcər Hərbi prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.