Baş Prokurorluq partlayışla bağlı məlumat yaydı

09:00 03.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib.

 

Bu barədə hafta.az-Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.


Qeyd olunub ki, hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər:

 

"Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir. İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


İctimaiyyətə əlavə məlumat veriləcək".