Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olundu 

10:14 02.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mingəçevir” və “Şüvəlan” sularda xilasetmə məntəqələrindən kənarda çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.