Baxmut ətrafında vəziyyət gərgindir - ukraynalı general

12:29 28.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Baxmut ətrafında vəziyyət son dərəcə gərgindir, Ukrayna quru qoşunlarının komandanı, general Aleksandr Sırski bildirib.

“Baxmut bölgəsində vəziyyət son dərəcə gərgindir. Düşmən qoşunlarımızın müdafiəsini yarmağa və şəhəri mühasirəyə almağa çalışan ən çox təlim keçmiş Vaqner hücum dəstələrini hücuma keçirdi”, - deyə Syrski bildirib.