Bayden Ukrayna ilə bağlı ABŞ-ın prioritetini açıqladı

12:11 12.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Bayden Ukraynanı hava hücumundan müdafiə vasitələri ilə təmin etməyi prioritet adlandırıb. Hafta.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

“Prezident Bayden ABŞ-ın təhlükəsizlik yardımı vasitəsilə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək səylərinə üstünlük verdiyini vurğulayıb”, - deyə məlumatda bildirilir.

Bayden xatırladıb ki, dekabrın 9-da ABŞ administrasiyası pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri də daxil olmaqla, 275 milyon dollar məbləğində əlavə sursat və avadanlıq ayırdığını elan edib.