BƏƏ-də 14-26 noyabr tarixlərində Qlobal Media Konqresi keçiriləcək

11:15 13.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirlikləri 14-26 noyabr tarixlərində Qlobal Media Konqresinə ev sahibliyi edəcək. 

Hafta.az-ın yazdığına görə, Konqresin rəsmi saytında yer alan məlumatda deyilir ki, Əbu Dabi Milli Sərgi Şirkəti ilə birgə bu il ikinci dəfə keçiriləcək konqresdə dünyanın hər yerindən jurnalistlər, media rəhbərləri və ekspertlər bir araya gələcəklər. Əbu-Dabi Milli Sərgi Mərkəzində keçiriləcək tədbirdə “Media Sənayesinin Gələcəyini Formalaşdırmaq" şüarı ilə 127-dən çox sessiyada başda rəqəmsal texnologiyalar və süni intellekt olmaqla bir çox mövzu müzakirə olunacaq.

Konqresdə dörd əsas mövzu müzakirə ediləcək: “Davamlılıq”, “Media Sektorunda İnnovasiyalar və Yaranan Texnologiyalar”, “İdman Mediası” və “Gənclər, Təhsil və Medianın Gələcəyi”.

Oxunma sayı 288