İyun ayının 15dək dünyada COVİD-19-a qarşı insanlara ümumilikdə 2 milyard 450 milyon doza peyvənd vurulub.
Hafta.az-ın yazdığına görə, hazırda dünya əhalisinin 20,8 faizi peyvənd olunub. Gündəlik 32,6 milyon peyvəndin vurulduğu dünyada ən çox aktivlik göstərən ölkə isə Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Məlumata əsasən, hazırda Əmirliklərdə hər 100 nəfərə 141,19 peyvənd vurulub və bununla da əhalisinin sayına görə vurulan peyvəndlərin həcmi baxımından BƏƏ dünyada lider ölkədir. BƏƏ-ni bu siyahıda ardıcıl olaraq əhalisinin hər 100 min nəfərinə 139,51 vaksinlə Seyşel Adaları, 135 vaksinlə Malta, 128,62 vaksinlə San Marino, 122,84 vaksinlə İsrail, 111,97 vaksinlə Bəhreyn, 108,77 vaksinlə Monqolustan, 108,06 vaksinlə Çili və 106,12 vaksinlə Böyük Britaniya izləyir.

"Ourworldindata.org" saytına görə, dünya üzrə ən çox peyvənd vurulan ölkələrin siyahısı isə aşağıdakı kimidir: Çin 923 milyon 910 min, ABŞ 311 milyon 890 min, Hindistan 261 milyon 970 min, Braziliya 80 milyon 270 min, Böyük Britaniya 72 milyon 40 min, Almaniya 61 milyon 430 min, Fransa 44 milyon 300 min, İtaliya 43 milyon 260 min, Meksika 37 milyon 800 min, İspaniya 33 milyon 630 min, Rusiya 32 milyon 910 min, İndoneziya 32 milyon 600 min, Kanada 29 milyon 920 min, Yaponiya 26 milyon 380 min, Polşa 24 milyon 690 min və Çili 20 milyon 660 min peyvənd.
Müqayisə üçün deyək ki, ən çox peyvənd vurulan ölkələr siyahısında 10-cu pillədə qərarlaşan qardaş Türkiyədə əhalinin hər 100 min nəfərinə 42,97 peyvənd vurulub. Ümumilikdə isə 85 milyonluq ölkədə cəmi 37 milyon peyvənd vurulub ki, bu da ümumi əhalinin təxminən 46 faizi deməkdir.
Azərbaycanda iyun ayının 16-dək ümumilikdə 2 milyon 840 min nəfərə peyvənd vurulub ki, bu da əhalinin ortalama 28 faizi deməkdir.
Məlumat üçün xatırladaq ki, 16 iyun tarixinədək dünyada 177,7 milyona yaxın insan koronavirusa yaxalanıb. Onlardan 3 milyon 842 min nəfəri vəfat edib.