Bəhreyn İsraillə iqtisadi əlaqələri kəsdi

09:44 03.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bəhreyn hökuməti İsrailin Manamadakı səfirinin ölkəni tərk etdiyini, Bəhreynin Təl-Əvivdəki səfirinin geri çağrıldığını və İsraillə iqtisadi əlaqələrin kəsildiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Bəhreynin Nümayəndələr Palatası bəyan edib ki, bu qərar əmir Həməd bin İsa əl-Xəlifənin bütün platformalarda bəyan etdiyi kimi, Fələstin məsələsi və qardaş Fələstin xalqının qanuni haqlarını dəstəkləməkdə Bəhreynin tarixi və qəti mövqeyini təsdiqləyir.

Nümayəndələr Palatası müharibənin davam etdiyi bir vaxtda Qəzzada və bütün Fələstin ərazilərində günahsız mülki əhalinin müdafiəsi üçün daha çox qərar və addımların atılmasını tələb edib. Palatanın sədri, əmir Həməd bin İsa əl-Xəlifənin Fələstin məsələsini dəstəkləməsindən və beynəlxalq müqavilələrə uyğun olaraq fləstinlilərin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurmaq hüququna dair qəti və sarsılmaz mövqeyindən qürur duyduğunu bildirib.

Siyasət rubrikasından digər xəbərlər