Belarus "Avroviziya-2022" iştirak etməyəcək

09:00 22.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belarus "Avroviziya-2022" müsabiqəsində iştirak etməyəcək.

Hafta.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə müsabiqənin rəsmi saytında bildirilir.

Bildirilir ki, Belarus müsabiqəyə buraxılmayıb. İyulun 1-dən Belteleradioşirkətin Avropa Yayım Birliyi sıralarında üzvlüyü dayandırılıb.

Qeyd edək ki, 66-cı "Avroviziya" müsabiqəsi 10,12 və 14 may tarixlərində İtaliyanın Turin şəhərində keçiriləcək.