Yazını böyüt
Yazını kiçilt
Çərşənbə günü Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının deputatları vəzifəli şəxs tərəfindən dövlətə xəyanətə görə ölüm cəzasının tətbiqini nəzərdə tutan “Cinayət məsuliyyəti haqqında məcəllələrin dəyişdirilməsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul ediblər.
Bu barədə Belarus parlamentinin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.
"Qanun layihəsi birinci oxunuşda qəbul edilib", - məlumatda deyilir.
Dəyişikliklər dövlət vəzifəsini tutan vəzifəli şəxs və ya hərbi qulluqçu statusu daşıyan şəxs tərəfindən dövlətə xəyanətə görə ölüm cəzası növündə müstəsna cəza tədbirinin tətbiqi imkanını nəzərdə tutur.