Belçikada 12 yaşındakı qız uhağı koronavirusdan öldü

16:25 31.03.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Belçikada 12 yaşında bir qız uşağı koronavirusdan ölüb. Belçika həkimləri keçirdikləri mətbuat konfransında bildiriblər ki, 12 yaşlı qız 3 gün keçirdiyi qızdırmanın ardın qəfildən halı pisləşib.

Pofessor doktor Steven Van Gucht qeyd edib ki, bu durum koronavirusun bütün yaş qruplarına ciddi təsir göstərdiyini ortaya qoyur.

Qeyd edək ki, bundan əvvəl Fransada 16, Portuqaliyada isə 14 yaşında iki koronavirus xəstəsi də dünyasını dəyişib.

Oxunma sayı 154