Bərbərlər karantin qaydalarına necə riayət edir?- REPORTAJ

13:06 05.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Artıq ötən gündən - may ayının 4-dən ölkədə bərbər və gözəllik salonlarının öz işini bərpa etməsinə icazə verildi. Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində bildirildi ki, bu kimi xidmət yerləri karantin qaydalarına riayət etməlidir.

Bəs maraqlıdır, bu gün Bakı şəhərində fəaliyyət göstərən kişi salonları bu qaydalara nə dərəcədə riayyət edir?

Hafta.az olaraq bərbərxanalara üz tutduq. 

Müsahibimiz usta Əli Mütəllimov dedi ki, dünən axşam bizim ofisi dezinfeksiya ediblər, biz də sosial izoliyasiya qaydalarına riayət edirik.

- Müştərilər növbəyə yazılır, yoxsa...?

- Bəli, telefonla əlaqə saxlayırlar. Biz də növbəyə yazırıq. Belə olmasa müştərilər hamısı burda gözləməli olarlar. Bu isə karantin qaydalarına ziddir. Biz də çalışırıq ki, həm özümüzü qoruyaq, həm də karantin qaydalarına əməl edək.

- Gün ərzində neçə müştərini yola sala bilirsiniz?

- Dünən yaxınlaşan və zəng edənlər çox idi. Yəni heç tanımadığımız müştərilər də var idi. Çatdırmaq çətin idi. Bugündən isə bir neçə nəfər müraciət edib. Dünənki kimi deyil.

- Bəs gələn insanlar qorunma qaydalarına riayət edirlərmi?

- Edən də var, etməyən də. Biz özümüz maska, əlçəkdən istifadə edirik. İşlətdiyimiz alətləri də tez-tez spirtləyirik. Ofisi də maksimum dərəcədə təmiz saxlayırıq. Gələn insanlar üçün təhlükəli olmasın.

Baş çəkdiyimiz digər bərbərxanada çalışan usta Nazim bəy də deyir ki, deyilən qaydalara əməl edirik:

"Artıq iki aya yaxındır ki, işləmirdik. Müştərilərimiz var idi ki, tez-tez əlaqə saxlayırdılar. İndi iş açılıb, biz onlarala əlaqə saxlayıb, növbə ilə dəvət edirik. Çalışırıq ki, sıxlıq yaranmasın. İş yekunlşanda digər müştəri ilə əlaqə saxlayıb çağırırıq".

Olduğumuz bərbərxanalardan da görünür ki, hələ bu vəziyyət bir neçə gün davam edəcək. Karantin müddəti gözləyən vətəndaşlarımız bir-bir bərbərxanaların qapısını döyəcəklər.

Saç ustası Samir bəy də bildirdi ki, maska, əlçək və spirt istifadə edirik:

"Müştərilərə isə demək olmur. Özləri bilməlidirlər. Gələndə maska ilə gəlsələr çox yaxşı olar. Biz istifadə etsək də, onların da istifadə etməsi lazımdır".