Bərdədə iki piyadanı maşın vurub, biri ölüb

21:49 23.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, iki nəfər yolu keçmək istəyərkən onları "VAZ-2107" markalı minik avtomobili vurub.


1989-cu il təvəllüdlü Məmmədova Gülnar hadisə yerində ölüb, Gülməmmədova Nahidə isə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 105