Bərdədə yanan çay evi söndürülüb - YENİLƏNİB

20:25 23.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdədə çay evində başlayan yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, nazirliyin Yanğından Mühafizə Xidməti əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

*** 19:56

Bərdə rayonu, Çay sahili küçəsində yanğın baş verib.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, çay evində başlayan yanğın yaxınlıqda yerləşən obyektlərə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.

Əlavə məlumat veriləcək.