Yazını böyüt
Yazını kiçilt
Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin bir otağının plastikdən ibarət pəncərəsi, 1 ədəd kondisioner və 1 ədəd dolab qismən yanıb.
Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.