Beşmərtəbəli yaşayış binası alovlandı

23:14 09.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər rayonunda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 3-cü mərtəbəsində quraşdırılan elektrik löhvəsində 9 ədəd sayğac və 5 paq.m kabel yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.