Beşmərtəbəli yaşayış binasında YANĞIN

22:18 25.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaradağda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin dəhlizində divara quraşdırılan ümumi sahəsi 10 m² dolab və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.