Xankəndidə kafe yanıb: xəsarət alanlar var

20:26 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xankəndi şəhərində yerləşən kafelərdən birində yanğın baş verib.

Hafta.az bildirir ki, yanğın zamanı kafedə köməksiz vəziyyətdə qalan iki nəfər hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Yanıq xəsarətləri alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır. /apa/