Beyləqanda və Masallıda yanğın olub

09:00 05.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqan rayonunda ümumi sahəsi 2000 m² olan restoran kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin ərazisində 50 m² sahədə məişət tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yüksək temperaturdan tikilinin 1 otağının lambirindən ibarət tavanı 10 m² sahədə əriyib, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Masallı rayonunun Bambaşı kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli (hər mərtəbəsi 120 m²) evin ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 45 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.