Beyləqanda yanğın törədən şəxs cərimələndi

10:51 06.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabr ayının 5-də Beyləqan rayonunun Baharabad qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan  hafta.az-a bildirilib ki, araşdırmalarla yanğını 61 yaşlı Nurəddin Arifovun törətdiyi müəyyən olunub.

Hadisə nəticəsində 2 hektar ərazidə əkin sahəsi yanıb.

N.Arifov barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.