Bəzi bölmələrimizin mühasirəyə düşməsi barədə xəbərlər dezinformasiyadır - MN

16:33 16.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyinin məlumat verilib.

“Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq”, - qeyd olunub.

Siyasət rubrikasından digər xəbərlər