Bəzi dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb -FAKTİKİ HAVA

11:37 17.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu günə olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, avqustun 17-si saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 16-da günün ikinci yarısında Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı: Şahdağ və Xaltanda 2.0 mm-dək olub.

 

Gözlənildiyi kimi avqust ayının birinci yarısına nisbətən artıq havanın temperaturu bir neçə dərəcə aşağı enərək Abşeron yarımadasında 33-37 dərəcə olub. Ən yüksək temperatur isə Şərur və Culfada qeydə alınıb, 40 dərəcəyədək olub.