Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda bu il biçin prosesi vaxtından iki həftə əvvəl tez yekunlaşıb. Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər. Prosesin tez başa çatması əvvəlki illərlə müqayisədə bu il biçinə hazırlığın yüksək səviyyədə təşkil olunması ilə əlaqələndirilir.
Qeyd edək ki, bu il ölkədə 987519 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 612003,5 hektarını buğda, 375515,3 hektarını isə arpa sahələri təşkil edib. Ölkə üzrə biçinə ümumilikdə 1900-dən çox taxılbiçən kombayn cəlb edilib. 700-dək kombayn “Aqroservis” ASC-nin, 1280-dən çoxu isə fiziki şəxslərə və iri təsərrüfat sahiblərinə məxsus texnikalar olub.