Biləcəridə iki nəfərin ölümü ilə nəticələn qəza barədə rəsmi

18:16 30.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, noyabrın 29-da saat 16 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Ağarza Ağayev idarə etdiyi “Khazar” markalı avtomobili qarşıda gedən paytaxt sakini E.Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub, zərbədən “Khazar” markalı avtomobil yol ayrıcısına dəyib.

Nəticədə A.Ağayev və sərnişini Rəşad Həsənov hadisə yerində ölüblər.