Yazını böyüt
Yazını kiçilt
Son zamanlar adı müxtəlif növ konspiroloji iddialarda hallanan amerikalı milyarder Bill Qeytsin böyük qızı Cennifer “çipləşdirmə” barədə zarafat edib.
Hafta.az RİA Novosti-yə istinadla xəbər verir ki, gənc xanım koronavirusa qarşı peyvənd olunduqdan sonra öz “Instagram” səhifəsində təəssüratlarını bölüşüb.
“Təəssüf ki, vaksin dahi atamı mənim beynimə köçürə bilmədi”, - deyə Cennifer yazıb.
O bildirib ki, Maunt Sinay Tibb Mərkəzinin tədris müəssisəsində təhsil aldığı üçün vaksinasiya zamanı prioritet qrupa salınıb və peyvənd olunub.