Binəqədidə qumbara və tüfəng aşkarlanıb - FOTO

16:15 03.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Əliyev Cavad Akif oğluna məxsus 1 ədəd “RQ-42” markalı əl qumbarası və 1 ədəd kustar üsulla hazırlanmış ov tüfəngi Bakı şəhəri, Binəqədi rayonu ərazisində aşkar edilərək götürülüb.

Hafta.az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Faktla bağlı araşdırma aparılır.