Binəqədidə yaşayış binasında yanğın - Sakinlər təxliyə edilib

09:00 04.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yanğın hadisəsi olub.

Bu barədə hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının on üçüncü mərtəbəsində liftin qarşısına yığılan taxta tullantıları 5 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 23