Binəqədidə yük maşını piyadanı vuraraq öldürüb

19:38 22.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Binəqədi qəsəbəsində, 179 saylı məktəbin qarşısında qeydə alınıb. Belə ki, idarəetməni itirən yük maşınının sürücüsü orta yaşlı qadını vuraraq öldürüb.

 Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 69