Bir ay əvvəl itkin düşən iki gənc tapılıb

13:49 08.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir ay əvvəl itkin düşən İsmayıllı rayon sakinləri Ağaverdi Xəilov və həmyaşıdı Aytac Mayılova tapılıb. Gənclərin yeri artıq müəyyən edilib.

DİN-in mətbut xidmətinin Şəki regional qrupundan hafta.az-a bildirilib ki, İsmayıllı rayonunda itkin düşən 2004-cü il təvəllüdlü Aytac Mayılova və Ağaverdi Xəlilov Bakı şəhərində tapılıb, axtarışlar dayandırılıb.

Qeyd edək ki, 19 yaşlı Ağaverdi və həmyaşıdı Aytac iyulun 9-da gecə saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıblar.