Yazını böyüt
Yazını kiçilt
Cənubi Afrika Respublikasının Gauteng əyalətində birdəfəyə 10 uşaq dünyaya gətirən Gosiame Thamara Sithole Guinness rekordunu qırıb.
Hafta.az xəbər verir ki, 37 yaşındakı Sithole keçən ay Mərakeşdə 9 uşaq dünyaya gətirən Halimae Cisseni arxada qoyaraq tək doğumda ən çox sayda uşaq dünyaya gətirən ana ünvanının yeni sahibi olub.
7 oğlan, 3 qız dünyaya gətirən redordçu ana ilə uşaqlarının sağlıq durumlarının yaxşı olduğu bildirilir. Bundan əlavə, Sithole cütlüyünün 6 yaşlarında iki əkiz qızları da var. Mətbuata açıqlama verən ana ultrasəçs müayinəsi zamanı səkkiz uşaq gözlədiklərini, ancaq on uşağın doğulmasının onlar üçün də sürpriz olduğunu deyib.