Bir yaşlı uşaq qızılcadan ÖLDÜ

11:19 16.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 14-də saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şuşa şəhərciyi, “Nur” uşaq evindən çağırış qeydə alınıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2024-cü il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb. apa