Kriptovalyuta bazarı bir ay ərzində 920 milyard dollardan çox mənfəətlə yeni rekord qırıb.
Hafta.az-ın yazdığına görə, rəqəmsal valyuta bazarı, bu gün – martın 13-də ticarət zamanı bir axının şahidi olub, çünki Bitcoin kriptovalyuta məhsullarına görünməmiş investisiya axınları fonunda yeni rekord həddə çatmağa davam edib.
Bu vəziyyət rəqəmsal pul kütləsinin sürətli artımına qarşı gözlənilən azalma narahatlığını da dəstəkləyir.
CNN xəbər verir ki, bu uğur bu il fevralın 12-dən martın 12-dək baş verib və kriptovalyuta bazarının aldığı böyük dəstək, xüsusən də Bitcoin valyutasında böyük sıçrayış sayəsində olub.
Digər tərəfdən, CoinMarketCap saytındakı statistik məlumatlara görə, dünyanın ikinci ən böyük kriptovalyutası olan Ethereum, dəyəri təxminən 2500 dollardan 4000 dollara yüksəldiyi üçün əhəmiyyətli bir artım göstərib.
Kaico Research Company-nin hesabatına görə, kriptovalyuta qiymətlərinin sürətlə artması, 2024-cü ildə valyutaların sıçraması səbəbindən hər gün 1500 nəfərin milyoner olması ilə nəticələnib. Lakin bu rəqəm əvvəlki illərlə müqayisədə nisbətən azdır. Bu, bazarın, xüsusən də Bitcoin kimi kriptovalyutaların qiymətlərinin rekord həddə çatdığı 2021-ci ilin çılğınlığından sonra daha sabit bir kurs izlədiyini göstərir.
Bloomberg Xəbər Agentliyi, CoinShares International platformasının məlumatlarına görə, dünyanın ən böyük kriptovalyutası olan Bitcoin-in qiymətinin bu gün hər vahidi üçün 72968 dollar olmaqla yeni rekord həddə çatdığını, lakin daha sonra qazanclarının bir hissəsini itirdiyini bildirib.
Dünyanın ən böyük 100 kriptovalyutasının qiymətlərinin bu il təxminən 70 faiz artdığı da qeyd olunub.
Yanvarın 11-də ABŞ-da Bitcoin mübadiləsi fondlarının istifadəyə verilməsi rəqəmsal valyutaların son artımının əsas sürücüsü sayılır.
BlackRock və Fidelity Investments tərəfindən işə salınan bu fondlar az müddətdə təxminən 9,5 milyard dollar cəlb edib.
London Fond Birjası ticarət üçün Bitcoin və Etherium investisiya fondlarını təklif etmək üçün ərizə qəbul etmək niyyətini açıqlasa da, Tailandın Qiymətli Kağızlar və Birja İdarəsi kriptovalyuta investisiya fondlarını fərdi alıcılara təklif etmək üçün qapını açmaq niyyətini bəyanlayıb.
Bəzi analitiklər Bitcoin-in bahalaşmağa davam edəcəyini gözləyirlər. IG Australia-nın iqtisadi analitiki Toni Sikarum bir hesabatda Bitcoin-in qiymətinin yaxın aylarda 80 min dollar civarında artacağını gözlədiyini bildirib.
Fairlead Strategies-dən iqtisadi analitik Kati Stokton, Bitcoin-in qiymətinin vahid başına 80 min dollara çata biləcəyinə inandığını bildirib.