Bitcoinin qiymətində kəskin eniş davam edir

09:25 05.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bitcoin də daxil olmaqla kriptovalyuta bazarı dünən kütləvi enişin şahidi olub. Buna baxmayaraq, kriptovalyuta bazarları 2024-cü ilin birinci rübündə bum dövrü yaşayıb və Bitcoin nəzərəçarpacaq dərəcədə bahalaşıb.

Hafta.az-ın yazdığına görə, bu, qlobal səviyyədə rəqəmsal valyuta bazarına inamın bərpası sayəsində güclü performansla nəticələnib.

Bitcoinin qiyməti 2023-cü ilin sonunda təxminən 42 min dollar idi. 2024-cü ilin birinci rübünün sonuna qədər vahidin qiyməti 71,5 faiz artaraq 72 min dollar olub.

Bu artım ABŞ-ın bazarın yenidən tənzimlənməsindən və təzyiqlərdən sonra ETF-ləri təsdiqləməsinin ardıyla baş verir.

Bu əhəmiyyətli artım Bitcoin üçün tarixi zirvəni təmsil edir. Əvvəlki zirvə 2021-ci ilin noyabrında 68,7 min dollar olub.

Aprelin 4-də Bitcoin 1,45 ucuzlaşaraq 65367 dollara enib. Bununla da dünyanın ən məşhur kriptovalyutasının bazar dəyəri 1,29 trilyon dollara düşüb.

Bitcoinlə əməliyyatların həcmi son 24 saatda 31,34 milyard dollar hesablanıb. Məlumata görə, Bitcoin son 7 gündə təxminən 5,90 faiz dəyər itirib.

Ethereum ETH də dünən 0,91 faiz ucuzlaşaraq 3285 dollar olub.

Binance coin BNB-nin qiyməti 3,72 faiz artaraq 578 dollara yüksəlib.

Kardanon 3,77 faiz ucuzlaşaraq 0,5649 dollar olub

Ripple XRP isə 3,53 faiz ucuzlaşaraq 0,56675 dollar səviyyəsinə enib.

Nəhayət, Dogecoin DOGE 6,46 faiz ucuzlaşaraq 0,174516 dollar olub.