Bitkoin 15 faiz ucuzlaşıb

17:31 04.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin gün ərzində dəyərini 15 faizini itirib.

Hafta.az-ın məlumatına görə, kriptovalyutanın qiyməti 28 min dollar həddinədək azalıb. Birjalarda bitkoinin qiyməti 28 218 dollara bərabər olub.

Sonrakı dəqiqələrdə bitkoin 30 min dollar ətrafında alınıb-satılıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl bitkoinin qiyməti 34 min dollar həddini keçmişdi.