Biz ədalət tələb edirik - Hikmət Hacıyev

10:20 26.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biz Xocalı soyqırımının günahsız qurbanları üçün ədalət tələb edirik.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.

O bildirib:

"Biz xatırlayırıq! Xocalı soyqırımının günahsız qurbanları üçün ədalət tələb edirik. Xocalı soyqırımının cinayətkarları Ermənistanda irqçilik, ayrı-seçkilik, etnik zəmində nifrət kimi ekstremal ideologiyalara əsaslanaraq qəhrəman kimi qəbul edilir".