Biz Xankəndinə girəndə artıq ağacların başı yanırdı. Çünki bizim hava hücumundan müdafiə sistemlərimiz tamamilə sıradan çıxarılmışdı.
Hafta.az xəbər verir ki, Ermənistan paytaxtı Yerevanda yaşayan Vladimr Vardanyan İkinci Qarabağ müharibəsində könüllü iştirak edib. O, döyüşlərdə bir qolunu itirib.
Vladimr Vardanyan BBC News Azərbaycancaya müsahibəsində Qarabağda yaralanmasından, döyüşlərin gedişindən danışıb.
"O mənzərəni görəndə artəq təsəvvür etdim ki nə baş verir.Bu heç də hamının düşündüyü deyil. Bu daha ciddi, daha genişdi. Elə ilk saniyədən anladıq ki, buradan sağ çıxmaya da bilərik" - Vardanyan deyib.
Onun sözlərinə görə, bu müharibə gec-tez başlamalı idi:
"Mənim üçün gözlənilməz deyildji. Lakin belə tez və böyük miqyasda olduğunu gözləmirdik. Anlayırdıq ki, vəziyyət pisdir. Ancaq hər necə olsa da ümidimizi itirmirdik.
Oktyabrın 2-də Madagizdə bizə geri çəkilmək əmri verildi. Maşınlara minib yeniliklər adlanan mövqelərə yollandı əsgərlərimiz. Lakin mövqelərə çatmamış maşınlar vuruldu. Mən oraya getdikdə isə ikinci dəfə zərbə endirildi. Onda yaralandım.
Razılaşma barədə dostum zəng edib dedi. Həmin an həm yaxşı, həm pis düşünüdm.
Orada olanlar bilir ki, əgər razılaşma olmasaydı, müharibə davam etsəydi Qarabağdan gələn cavanlarımız da geri qayıda bilməyəcəkdi.
Çünki artıq arxa sınmışdı. İmkan yox idi, hücumların qarşısını almaq mümkün deyildi. Hamı çox yaxşı bilir ki, Şuşanı almaq o qədər də asan deyil. Lakin bir haldaki onlar Şuşaya çatmışdı Xankəndinə çatmaq azərbaycanlılar üçün dəqiqələr problemi idi. Biz qalib gələ bilməzdik, bu birmənalıdır. Kimsə deyir ki, biz bu müharibədən qalib çıxa bilərdik nağıl janrı həvəskarıdır".