Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell əmin edib ki, Aİ Rusiyanın “məhv edilməsini” istəmir.
O, bu barədə İspaniyanın “El Periodico” qəzetinə müsahibəsində bildirib.
“Biz Ukraynanın Rusiyada siyasi dəyişikliklərə getməsini dəstəkləmirik və açığını desəm, Rusiyanın məhv olmasını istəmirik”, - diplomat əmin edib.
Onun sözlərinə görə, bütün Avropa ölkələrində münaqişəyə eyni münasibət yoxdur.
“Bir ölkə var ki, sanksiyaların nəticələrinə çox şübhə ilə yanaşır, o hesab edir ki, onlar işləmir və tətbiq edilməməli idi, çünki biz bununla özümüzü ayağımızdan vurmuşuq. Mən bu təhlili paylaşmıram, amma bu ölkə sanksiyalarla bağlı bütün təkliflərə səs verdi. O, şübhə ilə yanaşır, onlara inanmır, amma birliyi pozmur”, - Borrell bildirib.