Bizim çox istedadlı uşaqlarımız var - Rektor  

19:27 08.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bizim çox istedadlı uşaqlarımız var. Mənim xoşuma gələn odur ki, uşaqlarımız nəinki ancaq fortopiano, həm də nəfəs alətlərində-klarnet, fleyta, tranbon və bu kimi nadir alətlərdə çalmaq istəyirlər.

Bu fikirləri hafta.az-a Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli deyib.

Onun sözlərinə görə, bu çox vacibdir:

"Çünki simfonik orkestrdə nadir alətlərdə çalmaq tələb olunur. Onlar olmasa, “Koroğlu”nu kim ifa edəcək, yaxud Qara Qarayevin əsərlərini, Fikrət Əmirovun simfonik muğamlarını kim ifa edəcək. Ona görə də mən çox razıyam ki, son zamanlar ancaq fortopianoda yox, digər nadir alətlərdə də çalmaq istəyən gənclər akademiyaya gəlib. Məni narahat edən odur ki, nadir alətlər üzrə ifaçılar daha da çox olsun".