İsrail ordusunun Fələstində törətdiyi qətliamlarla bağlı Birləşmiş Millətlər Təşkilatı (BMT) daha bir addım atıb.
Hafta.az-ın yazdığına görə, Qəzzada aylardır davam edən qarşıdurmalarda həlak olanların əhəmiyyətli hissəsini uşaqlar təşkil edir. BMT Qəzzada soyqırım törədən İsrail ordusunu və təhlükəsizlik qüvvələrini münaqişə zonalarında uşaqlara zərər verənlərin "qara siyahısı"na əlavə edib.
Buna baxmayaraq, İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 40 fələstinlinin həyatını itirdiyi, 120 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 37164-ə, yaralıların sayının isə 84832-yə yüksəldiyi qeyd edilib.