BMT-nin baş katibi Ukraynada səfərdədir

21:21 27.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT-nin baş katibi Antoniu Quterreş Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Moskvadan Kiyevə gedib.

Hafta.az xəbər verir ki, bu barədə UNİAN agentliyi xəbər yayıb.

"Münaqişə zonalarından mülki şəxslərin təxliyəsini təmin etmək üçün humanitar yardımın genişləndirilməsi istiqamətində işimizi davam etdiririk. Müharibə nə qədər tez bitərsə, Ukrayna, Rusiya və dünya üçün bir o qədər yaxşıdır", - deyə A.Quterreş bildirib.