Bolqarıstanda etirazçılar rus kilsəsini mühasirəyə aldı - Rusiya səfiri qaçdı

19:47 06.12.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna bayraqları ilə Rusiya əleyhinə şüarlar səsləndirən nümayişçilər Bolqarıstan paytaxtı Sofiyada ərazisində Rus pravoslav kilsəsinə aid tikili olan Müqəddəs Nikolay kilsəsi yaxınlığında aksiya keçiriblər. Həmin vaxt rus səfirinin gəldiyi kilsədə liturgiya -xüsusi dini ayin keçirilib.

Hafta.az xəbər verir ki, bu haqda  yerli “Nova” telekanalı məlumat yayıb.

Bolqarıstan paytaxtında Rusiya səfiri Eleonora Mitrofanova və digərləri gələn zaman etirazçılar Müqəddəs Nikolay kilsəsini mühasirəyə alıblar. Jurnalistlər bildirib ki, diplomat məbədi arxa qapıdan tərk etməli olub.

Telekanalın məlumatına görə, aksiya kilsədə liturgiya  keçirən Volokolamsk mitropoliti Antoni Sevryukun Bolqarıstana səfərinə etiraz olaraq keçirilib. Antoni rus pravoslav kilsəsinin və Qərbi Avropanın patriarxal ekzarxının xarici kilsə əlaqələri şöbəsinin müdiridir. O, 13 Qərbi Avropa ölkəsinin ərazisində Rus pravoslav kilsəsinin yeparxiyalarını idarə edir. Novanın verdiyi məlumata görə, aksiyada ukraynalı qaçqınlar da iştirak edib.

"Sega" nəşri bildirir ki, etirazçılar “Qatillər” və “Bura Moskva deyil” şüarlarını da səsləndiriblər...

Oxunma sayı 1738