BQXK-ya məxsus avtomobillər Laçın yolundan keçib

10:00 18.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus beş avtomobil Laçın yolundan keçib.

Dörd minik və bir yük avtomobilinin kmaneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 38 gündür davam edir.

Oxunma sayı 222
Gündəm rubrikasından digər xəbərlər