Yazını böyüt
Yazını kiçilt
Şuşa şəhəri çox tarixi yerdir və möhtəşəmdir. Buraya əsrlər öncə tacirlərin, sənətkarların gəldiyini, insanların həyatını təsəvvür etdikdə insanda fərqli hisslər yarabır.
Hafta.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Braziliyadan gəlmiş səyyah Daniel Skot söyləyib.
Səyyah bildirib ki, ermənilərin tarixi abidələri dağıtmaları çox böyük utancdır. “Tarixi abidələr bir millətin keçmişidir. Ermənilər nəinki azərbaycanlılara, tarixə hörmətsizlik ediblər. İnanıram ki, tezliklə bu şəhərdə həyat yenidən canlanacaq. Aparılan sürətli bərpa və yenidənqurma işləri bunu deməyə əsas verir”, - deyə o qeyd edib.