Britaniya iqtisadiyyatı daralıb

15:43 13.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Britaniya iqtisadiyyatı oktyabrda əvvəlki ayla müqayisədə 0,3 faiz kiçilib, baxmayaraq ki, iqtisadçılar belə dəyişiklikləri gözləmirdilər. Reuters yazır.

Bu ilin iyul ayından bəri ilk dəfə ÜDM göstəricisində azalma qeydə alınıb. İndi bəzi analitiklər, xüsusən də Capital Economics-in baş britaniyalı iqtisadçısı Paul Dales, üç aydır daralmadan qaçan ölkə iqtisadiyyatının tənəzzül riski altında qaldığını düşünür. Eyni zamanda, proqnozlara görə, Mərkəzi Bank sərt antiinflyasiya xətti çərçivəsində dekabrın 14-də bank dərəcəsini 5,25 faiz səviyyəsində saxlayacaq.

Materialda qeyd olunur ki, oktyabrda Böyük Britaniyanın xidmət sektoru 0,2 faiz, sənaye istehsalı (illik ifadədə bu rəqəm 0,4 faiz artır) və tikinti də azalıb.