Böyük Britaniyanın baş naziri Rişi Sunak və ABŞ prezidenti Co Baydenin Britaniya liderinin ofisinin saytında dərc olunmuş bəyanatına görə, Böyük Britaniya və ABŞ Rusiya enerjisindən “qlobal asılılığı” azaltmaq məqsədi daşıyan yeni enerji təhlükəsizliyi tərəfdaşlığına daxil olublar.
“Yeni Böyük Britaniya-ABŞ Enerji Təhlükəsizliyi və Giriş Tərəfdaşlığının bir hissəsi olaraq, Böyük Britaniya və ABŞ Rusiyanın enerji ixracından qlobal asılılığı azaltmaq, enerji bazarlarını sabitləşdirmək və enerji səmərəliliyi, nüvə enerjisi və bərpa olunan enerji sahəsində əməkdaşlığı gücləndirmək üçün çalışacaqlar."
Qeyd edilir ki, tərəfdaşlıq ölkələrin energetika nazirlərinin rəhbərlik etdiyi Britaniya-Amerika Strateji Enerji Dialoqunun davamlı fəaliyyətinə əsaslanacaq.
Tərəflər həmçinin karbonun tutulması və saxlanması sahəsində sıx əməkdaşlığı davam etdirəcəklər.